İsveçrənin Cenevrə şəhərində Elit kateqoriyalı və 1-ci dərəcəli hakimlər üçün UEFA-nın seminarı keçiriləcək.
QOL.az xəbər verir ki, tədbirdə Azərbaycanın FİFA referisi Əliyar Ağayev də iştirak edəcək.
Bu barədə AFFA-nın saytı məlumat yayıb.
Qeyd edək ki, seminar sentyabrın 2-dən 4-dək keçiriləcək.