RU

Dünyanın ilk ağciyər xərçənginə qarşı peyvənd sınaqları yeddi ölkədə başladı

Dünyanın ilk mRNT ağciyər xərçənginə qarşı peyvəndi Türkiyə də daxil olmaqla 7 ölkədə xəstələr üzərində sınaqdan keçirilməyə başlanıb.

Tribunainfo.az Trt Haber-ə istinadən xəbər verir ki, mütəxəssislər bu peyvəndin minlərlə insanın həyatını xilas etmək potensialını “təməlqoyma” kimi xarakterizə edirlər.

Ağciyər xərçəng dünyada ən çox yayılmış xərçəngdir və hər il təxminən 1,8 milyon insanın ölümünə səbəb olur.

Xüsusilə şişlərin yayıldığı qabaqcıl mərhələlərdə sağ qalma nisbətləri olduqca aşağıdır.

İndi mütəxəssislər bədənə xərçəng hüceyrələrini tapıb öldürməyi və onların geri qayıtmasının qarşısını alan yeni peyvəndi sınaqdan keçirirlər.

Избранный
56
4
tribunainfo.az

10Источники