“Sumqayıt Aşqarlar” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, yığıncaq sentyabrın 28-nə təyin olunub.
Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Sumqayıt Aşqarlar” ASC-nin Direktorlar Şurasının üzvlərinin və Direktorlar Şurasının Sədrinin seçilməsi;
2. “Sumqayıt Aşqarlar” ASC-nin Baş Direktorunun təyin olunması