RU

Harris Ukrayna ilə bağlı vəd verdi

ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından Amerika dövlətinin liderliyinə namizəd Kamala Harris prezidentliyə seçiləcəyi təqdirdə Ukraynanı dəstəkləyəcəyini bildirib.

Qaynarinfo "Amerikanın Səsi”nə istinadla xəbər verir ki, məmur bu vədi ABŞ-ın lideri vəzifəsinə namizədliyini qəbul etdiyini elan edərkən verib. "Prezident kimi mən Ukraynanın və NATO üzrə tərəfdaşlarımızın yanında olacağam... Ali Baş Komandan kimi Amerikanın dünyada ən güclü və ən öldürücü qüvvəyə malik olmasını təmin edəcəyəm”, - deyə vitse-prezident bildirib.

Harris Çikaqoda partiyanın milli qurultayında çıxışı zamanı Demokratlar Partiyasının prezidentliyə namizədliyini rəsmən qəbul edib.
ABŞ-da prezident seçkiləri bu il noyabrın 5-də keçirilməlidir. Hazırkı prezident Co Bayden Demokratlar Partiyasından namizədliyini irəli sürməli idi, lakin o, bu yaxınlarda namizədliyini geri götürüb.

Çikaqoda keçirilən Demokratlar Partiyasının Milli Qurultayında Amerika lideri bildirib ki, o, Rusiya diktatoru Vladimir Putinə boyun əyməyib, Kamala Harris də əyilməyəcək. Qeyd edək ki, demokratın seçkidəki rəqibi respublikaçı Donald Trampdır.

Alpər

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
99
50
qaynarinfo.az

10Источники