RU

Uşaq pürelərinin tərkibində gizlənən TƏHLÜKƏ » Medical Media



Supermarketlərdə satılan uşaq qidalarının tərkibində həddindən artıq şəkər və duz olduğu müəyyən edilib.

Aparılan araşdırmaya görə, ABŞ-da 6-36 aylıq uşaqlar üçün satılan 651 qida məhsulunun 60 %-nin Ümumdünya Səhiyyə Təşkilatının körpələr üçün tövsiyə etdiyi qidalanma qaydalarına uyğun olmadığı müəyyən edilib.

Qidalanma üzrə professor və tədqiqatın müəllifi Elizabeth Dunford bildirib ki, uşaq pürelərinin dörddə birinin tərkibində gizli dadlandırıcılar var və 44 %-i ümumi şəkər tərkibinə görə Ümumdünya Səhiyyə Təşkilatının təlimatlarını üstələyir.

Mütəxəssislərin sözlərinə görə, “Bu qida əlavələri narahatlıq doğurur. Uşaqlar çeynəməyi öyrənməlidir, ona görə də püre halına salınmış şirinləşdirilmiş yeməklərdən daha çox adi meyvələr yeməyə üstünlük verilməlidir".

Избранный
89
medicalmedia.az

1Источники