RU

“Zirə”nin pley-off HƏYƏCANI: “Rəqib Çempionlar Liqası səviyyəsində olan komandadır”

“Mərhələni keçib keçə bilməyəcəklərini demək çətin olsa da, düşünürəm ki, “Zirə” sona kimi mübarizə aparacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında üz-üzə gələcək “Omoniya”-“Zirə” oyununu dəyərləndirən futbol mütəxəssisi Aslan Kərimov deyib.

Onun sözlərinə görə, son dövrlərdə “Zirə”nin yükləlişi göz qabağındadır:

“Etdikləri transferlər, oynadıqları oyun, verdikləri həyəcanla, Azərbaycan kubokunun finalına çıxmaqları daxili çempionatda abrokuboklara vəsiqə qazanmaları bütün bunların hamısı təzə yaranan klub üçün möhtəşəm bir göstəricidir. Qısa zaman kəsiyində bu qədər iddialı olmaları həqiqətən də təqdirəlayiqdir. Turnirə gəldikdə isə mən əvvəl də qeyd etmişdim ki, “Zirə” edə biləcəklərinin ən yüksək səviyyəsinə gəlib çıxıb. Bəlkə də təcrübə olaraq oyunçuların belə bir mötəbər səviyyədə çıxış etməmələri onlara bu çempionatda maneçilik törədəcəkdi. Bunu biz Avroliqanın ilk turunda da görmüşdük. Onlar “Şerif”i demək olar ki, “məhv” etmişdilər. Lakin durduq yerdə bir qırmızı vərəqə nəticə etibari ilə “Şerif”i keçməyə imkan vermədi. Bu da onların təcrübəsizliyindən irəli gəlirdi”.

A.Kərimov qeyd edib ki, “Omoniya çox güclü rəqibdir və pley-offu keçsə, yaxud keçməsə də, “Zirə” bacardıqlarının ən yaxşısını edib:

“Hətta rəqib Çempionlar Liqası səviyyəsində olan komandadır. Bundan sonrakı çıxdıqları oyunlar yalnız azarkeşlərə futbol həyəcanı yaşatmaqdan ötrü olmalıdır. Onların qarşısında nəyin bahasına olursa-olsun qrup mərhələsinə düşmək deyil. Çünki onları çox güclü bir rəqib gözləyir. “Omoniya” demək olar ki tamamilə legionerlərdən təşkil olunmuş komandadır. Belə bir komandaya qarşı “Zirə” çox çətinlik çəkə bilər.

İlk oyunu səfərdə yaxud evdə oynamaq o qədər də önəm kəsb etmir. Çünki dəfələrlə komandalar üçün evin, yaxud səfər olması fərq etmədiyini görürük. Bunun səbəblərindən biri səfər qolunun aradan götürülməsi demək olar ki bütün matçları bərabərləşdirib. Düzdür, azarkeş izdihamı kimi məsələlər təsir edə bilər, amma düşünürəm ki, “Zirə” yaxud “Omoniya” üçün səfər yaxud səfər oyunu olması fərq etməyəcək.
Strategiya olaraq “Zirə”nin hücum, yarım müdafiə, müdafiə xətti demək olar ki, komplektləşmişdi. Qırmızı vərəqə alan, zədəli olan oyunçuların hansı vəziyyətdə olduğunu bilməsəm də, zaman-zaman meydanın mərkəzində boşluqlar yarada bilirdilər. Rəqib komandanın futbolçuları da bunu yaradırdı. Hər halda, rəqibin bütün mövqeləri, ələlxüsus, hücum mövqeyi kifayət qədər güclüdür. “Zirə”yə çətin anlar yaşada biləcəklər.

Fikrimcə, oyunun nəticəsi 50-50-yədir. Hətta rəqibi bir az daha təcrübəli, güclü saymaq olar. Amma komandamızın sona kimi mübarizə aparacağına əminəm. Mərhələni keçib, keçə bilməyəcəklərini demək çətin olsa da, düşünürəm ki, “Zirə” sona kimi mübarizə aparacaq. İlk oyundan sonra rəqib haqqında, ümumiyyətlə, cütün taleyi haqqında daha dəqiq fikir bildirmək mümkün olacaq”.

İsmayıl Bakuvi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
82
12
yenicag.az

10Источники