Hurriyyet.az xəbər verir ki, Ukrayna ordusunun zərbələrindən sonra Rusiyanın hərbi aerodromu od tutaraq yanmağa başlayıb.
RF MN ötən gecə Rusiya səmasında 28 ədəd Ukrayna dronunun vurulduğunu bəyan edib. Nazirliyin açıqlamasında deyilir: "Volqoqrad vilayətinin üzərində 13, Rostovda - 7, Belqorodda - 4, Voronejdə - 2, Bryansk və Kursk vilayətlərinin hər birində 1 ədəd PUA vurulub".
PUA hücumundan sonra Volqoqrad aeroportu müvəqqəti olaraq təyyarələrin gediş-gəlişini dayandırıb.
Yerli sakinlər "Marinovka" hərbi aerodromundan yanğın və partlayış baş verdiyini xəbər veriblər. Hərbi şəhərciyin sakinləri təcili köçürülüblər.
Hürr Tərcüman