RU

MİQ üzrə müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib - FOTO

Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi çərçivəsində avqustun 21-də Azərbaycan dili (rus bölməsi), biologiya, fiziki tərbiyə, ingilis dili, təsviri incəsənət, fizika və coğrafiya fənləri üzrə müsahibələr təşkil edilib. Müsahibələrə 872 nəfər dəvət olunub. Onlardan 816 nəfər müsahibə mərhələsində iştirak edib.

Bu barədə Bizim.Media-ya Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Xatırladaq ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.






Bizim.Media

Избранный
83
23
bizim.media

10Источники