AZ

MİQ üzrə müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib

Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi çərçivəsində avqustun 21-də Azərbaycan dili (rus bölməsi), biologiya, fiziki tərbiyə, ingilis dili, təsviri incəsənət, fizika və coğrafiya fənləri üzrə müsahibələr təşkil edilib. Müsahibələrə 872 nəfər dəvət olunub. Onlardan 816 nəfər müsahibə mərhələsində iştirak edib.Bu barədə Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

www.anews.az
Seçilən
75
23
anews.az

10Mənbələr