RU

Amrabat “Fiorentina”nı İtaliyanın başqa klubuna dəyişə bilər

“Fiorentina”nın yarımmüdafiəçisi Sofian Amrabat “Napoli”nin maraq dairəsindədir.



Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Neapol klubu mərakeşli futbolçunun mümkün transfer şərtlərini öyrənmək istəyir.



Amrabat ötən mövsüm “Mançester Yunayted”də icarə əsasında çıxış edib. O, “qırmızı şeytanlar”ın heyətində bütün turnirlərdə 30 oyun keçirib, qol vurmayıb.



28 yaşlı yarımmüdafiəçinin “Fiorentina” ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərnapoli Sofian Amrabat

Избранный
127
3
komanda.az

10Источники