RU

Əli Məsimli daha 3 kəndin sakinləri ilə görüşdü - FOTOLAR

Avqust ayının 21- də 113 saylı Qax-Şəki seçki dairəsindən VII çağırış Milli Məclisin deputatlığına namizəd Əli Məsimli seçkiqabağı təbliğat-təşviqat kompaniyası çərçivəsində Qax rayonunun Almalı, Dəymədağlı və Şıxlar kəndlərində yaşayan seçicilərlə görüş keçirmişdir. 


Əli Məsimlinin hər bir görüşündə olduğu kimi, bu görüşlərdə də əvvəlcə Dövlət Himni səsləndirildi, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.


Əli Məsimli platforması barədə məlumat verdi. Aqrar məsələrə toxunarkən o,qeyd etdi ki, ölkəmizin regionlarının inkişafında başlıca rolu aqrar sahə tutur.Bu sahədə də xeyli sayda problemlər mövcuddur. Bu problemlər sırasında ən kəskin formada özünü göstərən problem suvarma ilə bağlıdır. Belə ki,cari təsərüffat ilində Şəki-Zaqatala regionunda məhsuldarlıq əlverişsiz iqlim şəraiti səbəbindən  aşağı səviyyədə olmuşdur.


Bildiyimiz kimi, bu bölgədə  əkinəyararlı torpaqlar suvarılma  təsnifatlaşmasında şərti suvarılan torpaqlara aid edilir. Dəmyə əkinçiliyi üstünlük təşkil edir. Bu baxımdan quraq illərdə məhsuldarlıq olduqca aşağı səviyyədə olur. Kəndli nəinki gəlir əldə edə bilmir,qoyduğu sərmayedən belə məhrum olur və müflis duruma düşür. Bu mənada quraqlıq əslində təbii fəlakət hesab edilməlidir. Son iki ildə ölkəmizdə aqrarsığortanın tətbiqinə başlanılmışdır.Lakin sığorta zərfinə quraqlıq hadisəsi düşməyib.Axı sel,dolu və.s hadisələrlə yanaşı dəmyə əkinçiliyinin tətbiq olunduğu bölgələrimizdə quraqlıq hadisəsi daha böyük ziyan vurur. Ona görə də,quraqlıq təbii fəlakət kimi normativ aktlarda öz əksini tapmalıdır.Biz bu məsələni Milli Məclisdə qaldırmış və təhlili materialara dayanan əhatəli bir sənədin hazırlanmasına başlamışıq.


Görüşlərdə iştirakçılar çıxışlarında yaşadıqları kəndlərdə mövcud olan problemləri səsləndirdilər və onların həllinin sürətləndirilməsinin vacibliyini vurğuladılar.

Избранный
86
20
modern.az

10Источники