RU

Britaniyada raket kosmodromda sınaq zamanı partlayıb

Böyük Britaniyanın orbitə ilk şaquli raket buraxılışı uğursuzluqla başa çatıb.

Oxu.Az The Guardian-a istinadən xəbər verir ki, sınaq Almaniyanın "Rocket Factory Augsburg" (RFA) şirkəti tərəfindən həyata keçirilib.

Partlayış doqquz mühərrikin sınağı zamanı baş verib. Xoşbəxtlikdən hadisə nəticəsində itki olmayıb.

RFA bildirib ki, start sahəsi mühafizə olunur, vəziyyət nəzarət altındadır. Şirkət nasazlığın səbəbini tapmaq üçün kosmodromla əməkdaşlıq edərək öz araşdırmasını aparacaq. Əvvəlki sınaq üç ay əvvəl keçirilib və uğurlu hesab edilib.

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
39
11
oxu.az

8Источники