RU

Rusiya Kiyevi raket və dronlarla vurub

Rusiya

Bu gecə Rusiya ordusu Kiyevə dron və raket zərbələri endirib.

Reyting.az
xəbər verir ki, ehtimallara görə, ruslar Kiyevi şimal istiqamətindən, ehtimal ki, “İsgəndər-K” qanadlı raketləri ilə vurub.

Rəsmilərin məlumatına görə, hücum nəticəsində paytaxtda tələfat və dağıntı olmayıb.

“Raket və dron terroru dayanmır! Gecə saatlarında işğalçılar paytaxta zərbə PUA-ları ilə hücum edib. Dronlar hava hücumundan müdafiə vasitəsi ilə məhv edilib. Bu gün səhər isə qnadlı raketlərin hava hücumu xəbərdarlığı elan edilib. Bu, artıq bu ay Kiyevə edilən beşinci raket hücumudir”,- qeyd edilir.

Hərbi-siyasi şərhçi Aleksandr Kovalenko xəbərdarlıq edib ki, Rusiya avqustun 24-də qeyd olunan Ukraynanın Müstəqillik Günündə zərbələr endirə bilər.

V. QULİYEV
Избранный
103
19
reyting.az

10Источники