EN

Filippinli intim əlaqədən sonra meymunçiçəyinə yoluxub » Medical Media



Filippində ötən ilin dekabrından bəri meymunçiçəyinə ilk yoluxma qeydə alınıb.

Medicalmedia.az
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Filippinin Səhiyyə Departamenti məlumat yayıb.

Bildirilib ki, 33 yaşlı Filippin vətəndaşı bir həftə yüksək hərarətdən əziyyət çəkib, aparılan müayinələr nəticəsində məlum olub ki, adı açıqlanmayan şəxs məhz meymunçiçəyinə yoluxub.

Yüksək hərarətdən başqa həkimlər xəstənin kürəyində, qasıq nahiyəsində, həmçinin ovuclarında və dabanında aydın səpgilər müşahidə ediblər. Həkimlər xəstənin meymunçiçəyinə cinsi əlaqə nəticəsində yoluxduğunu bildiriblər.

Hazırda xəstə karantinə götürülüb.

Chosen
18
3
medicalmedia.az

4Sources