EN

Ukrayna Kurskda hansı uğurları qazandı? - Markov

Ukrayna Silahlı Qüvvələrinin Kursk əməliyyatını Rusiyanın tanınmış politoloqu Sergey Markov qiymətləndirib.Mediaxeberleri.Az xəbər verir ki, bu barədə rusiyalı politoloq sosial şəbəkə hesabında yazıb.Markov Ukrayna ordusunun qarşısına qoyduğu hədəf və məqsədləri 1-dən 5-ə qədər balla bu cür dəyərləndirib:1. Kursk vilayətinin ərazisini gələcəkdə Xarkovun ərazisi ilə mübadilə etmək üçün ələ keçirmək; Qismən uğurludur, amma onu saxlamaq mümkün olacaqmı? Qiymət 4 – hələlik!2. Rus qoşunlarını Donbas cəbhəsindən uzaqlaşdırmaq. Demək olar ki, uğursuz oldu: qiymət - 2.3. Ukrayna Silahlı Qüvvələrində ruh yüksəkliyi yaratmaq. Uğurlu oldu: qiymət - 4.4. Ukrayna cəmiyyətinin rejimini dəstəkləyən hissəsində ruh yüksəkliyi yaratmaq. Uğurlu oldu: qiymət - 4.5. Dünyada Ukrayna və Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya məğlub olması təsəvvürünü dəyişdirmək. Uğurlu oldu: qiymət - 4.6. Rusiyada müharibəyə qarşı etirazları stimullaşdırmaq. İşə yaramadı: qiymət - 0.7. Putinin bir lider kimi şəxsiyyətinə ağrılı, təhqiredici zərbə endirmək. Demək olar ki, uğursuz oldu: qiymət - 2.8. Mübadilə üçün məhbus toplamaq. Qismən uğurlu: qiymət - 4.9. Rusiyanın mülki əhalisindən girov toplamaq. Tam uğur qazandı: qiymət - 5.10. Kursk AES-i ələ keçirmək. Uğursuz oldu: qiymət - 1.11. Eskalasiya ilə Rusiyanın “qırmızı xətlərini” keçməkdə Qərbi təşviq etmək. Uğurlu oldu: qiymət – 4.12. İşğal ərazisini Belqorod və Bryanska qədər genişləndirmək. Uğursuz oldu: qiymət - 1.13. 12 bənd üzrə ümumilikdə 35 bal. Hər bənd üçün təxminən 3 bal edir. Məntiqlidir.

Chosen
132
5
mediaxeberleri.az

10Sources