EN

“Salyan Oyl” şirkəti işçinin özünü yandırması ilə bağlı açıqlama yayıb - YENİLƏNİB

“Salyan Oyl Limited” şirkətinin 1 saylı Neft-qaz Çıxarma Sahəsinin 5-ci səhəsinin operatoru Zaur Aydınov bu gün səhər saatlarında şirkətin ofisinin həyətində özünü yandırmağa cəhd edib.

Bu barədə Salyan Oyl Mətbuat Xidmətindən APA-ya verilən açıqlamada bildirilib.

Qeyd olunub ki, iyulun 29-da, məzuniyyətdə olduğu müddətdə, Zaur Aydınovun şirkətdən yanacaq oğurluğu etməsi faktı aşkarlanıb: “Avqustun 7-də Zaur Aydınovdan faktla bağlı izahat alınıb və o, öz əməlini etiraf edib.

Avqustun 16-da səhər saatlarında şirkətin daxili araşdırma komissiyası tərəfindən əlavə izahat və məlumat almaq üçün ofisə dəvət olunan Zaur Aydınov görüş zamanı zəng etmək bəhanəsi ilə ofis binasının həyətinə çıxaraq özünü yandırmağa cəhd edib. Aydınovun cəhdinə şirkət əməkdaşları tərəfindən dərhal müdaxilə edilib və o, təxirəsalınmadan xəstəxanaya təxliyyə olunub.

Hazırda Aydınov Şirvan şəhər xəstəxanasına yerləşdirilib, vəziyyəti nəzarət altındadır”.

***

11.37

Salyan sakini özünü yandırıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayonunun Kürsəngi kənd sakini, 1988-ci il təvəllüdlü Zaur Aydınov Oktay oğlu üzərinə benzin tökərək özünü yandırıb.

Ağır yanıq xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirilən xəstə daha sonra paytaxta yanıq mərkəzinə göndərilib.

Məlumata görə, hadisəyə səbəb onun işdən çıxarılması olub.

O. Aydınov özünü işlədiyi "Salyan oyl" şirkətinin qarşısında yandırıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
93
20
apa.az

10Sources