AZ

Özünü yandırmağa cəhd edən şəxs oğurluq da edibmiş — YENİLƏNDİ

1 saylı Neft-qaz Çıxarma Sahəsinin beşinci sahəsinin operatoru Zaur Aydınov bu gün səhər saatlarında şirkətin ofisinin həyətində özünü yandırmağa cəhd edib.

Bu barədə Oxu.Az-a "Salyan Oyl Limited" şirkətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 29-da, məzuniyyətdə olduğu müddətdə, Zaur Aydınovun şirkətdən yanacaq oğurluğu etməsi faktı aşkarlanıb. Avqustun 7-də Zaur Aydınovdan faktla bağlı izahat alınıb və o, öz əməlini etiraf edib.

Avqustun 16-da səhər saatlarında şirkətin daxili araşdırma komissiyası tərəfindən əlavə izahat və məlumat almaq üçün ofisə dəvət olunan Zaur Aydınov görüş zamanı zəng etmək bəhanəsi ilə ofis binasının həyətinə çıxaraq özünü yandırmağa cəhd edib. Aydınovun cəhdinə şirkət əməkdaşları tərəfindən dərhal müdaxilə edilib və o, dərhal Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib, vəziyyəti nəzarət altındadır.

***13:04

Salyan sakini özünü yandırıb.

Salyan rayonunun Kürsəngi kənd sakini, 1988-ci il təvəllüdlü Zaur Aydınov Oktay oğlu üzərinə benzin tökərək özünü yandırıb.

Ağır yanıq xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirilən xəstə daha sonra paytaxta yanıq mərkəzinə göndərilib.

Məlumata görə, hadisəyə səbəb onun işdən çıxarılması olub.

O. Aydınov özünü işlədiyi "Salyan oyl" şirkətinin qarşısında yandırıb.

Seçilən
70
3
demokrat.az

8Mənbələr