ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp qalib gələcəyi təqdirdə İranla dostluq əlaqələri qurmaq arzusunda olduğunu aşıqlayıb.
Missiya.Az “New York Post” qəzetinə istinadən xəbər verir ki, siyasətçi bunu Nyu-Cersi əyalətində keçirdiyi mətbuat konfransında deyib.
O, İranla pis davranmaq istəmədiyini bildirib:
“Ümid edirəm ki, münasibətlərimiz dostluq şəraitində olacaq, çünki biz dost olmalıyıq, ancaq İran nüvə silahı əldə edə bilməz”, - deyə Tramp vurğulayıb.
Daşqın HəsənovMissiya.Az