EN

Azərbaycanda toyda 40 nəfər zəhərləndi:  Dövlət qurumları hərəkətə keçdilər

Azərbaycanda Azərbaycanda toyda 40 nəfər zəhərləndi:

Qəbələ rayonunda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə E-saglam.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyin mütəxəssisləri və müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək", - deyə məlumatda bildirilir.

10:08

Qəbələ rayonunda kütləvi zəhərlənmə olub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, gecə saatlarından etibarən rayonun müxtəlif kəndlərindən olan 40 nəfərə yaxın şəxs zəhərlənmə diaqnozu ilə tibbi xidmətə müraciət edib.

Onların hamısının dünən eyni şadlıq sarayında keçirilən toyda iştirak etdiyi məlum olub. Xəstəxanaya müraciət edənlər arasında azyaşlılar da var.

İlkin məlumata görə, sakinlər toyda yedikləri qidadan zəhərləniblər.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

E-saglam.az

Chosen
24
47
e-saglam.az

10Sources