EN

Dohada Qəzza üzrə danışıqlar davam edir

Qətərin paytaxtı Dohada Qəzza sektorunda atəşkəs və girovların azad edilməsi üzrə danışıqların ilk günündə irəliləyiş əldə olunub.

Bu barədə “The Times of Israel” öz mənbələrinə istinadən xəbər verir.

Bununla belə, müzakirələrin digər təfərrüatları açıqlanmayıb.

Qətərin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib ki, vasitəçilər danışıqları yekun nəticə əldə olunanadək davam etdirilməsində maraqlıdır.

Qeyd edək ki, ABŞ-ni Doha görüşündə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqerk təmsil edir.

Chosen
28
8
anspress.com

10Sources