EN

Azad edilən ərazilərdə işləmək istəyənlərin nəzərinə!

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə nəqliyyat üzrə mütəxəssis, avtoçilingər, vulkanizatorçu vəzifələrində işləmək istəyənlər üçün sənəd qəbulu elan edir.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, namizədlərin müvafiq sahədə peşə təhsili olmalıdır.

 

Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıdakı sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.

 

∙ müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;

 

∙ şəxsiyyət vəsiqəsinin surəti;

 

∙ təhsilə dair təsdiqedici sənədin surəti;

 

∙ əmək kitabçasının surəti (olduğu halda).

 

Sənəd qəbulu bu il sentyabrın 30-dək həyata keçiriləcək.

 

Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.

Chosen
47
7
modern.az

8Sources