EN

“Sabah” və “Zirə” bu gün cavab oyunlarını keçirəcək

Azərbaycanın Konfrans Liqasındakı təmsilçiləri “Sabah” və “Zirə” bu gün III təsnifat mərhələsinin cavab oyunlarını keçirəcək.

"Sabah" Masazırda İrlandiyanın "Sent Patriks Atletik" klubunu qəbul edəcək.

Görüş “Bank Respublika Arena” stadionunda Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq.

Rəşad Sadıqovun komandası “Zirə” saat 20:30-da “Dalğa Arena”da Xorvatiya “Osijek”i ilə qarşılaşacaq.

“Zirə” ilk oyunda Xorvatiya klubu ilə heç-heçə edib (1:1), “Sabah” isə İrlandiyada rəqibinə 0:1 hesabı ilə uduzub.

Chosen
122
8
anspress.com

10Sources