Astroloqlar 14 avqustda ulduzların nələr vəd etdiyini açıqlayıblar.
SAVASH.ORG günün ulduz falını təqdim edir:
QOÇ
Bu gün enerjiniz yüksəkdir, lakin diqqətli olun, heç lazım olmadığı halda qəfil sərt reaksiyalar verə bilərsiniz. Bu da işlərinizə mane ola bilər.Biznes və ya şəxsi layihələrdə mühüm addımlar atmaq üçün əlverişli zamandır. Bununla belə tələsik hərəkət etməməyə diqqət edin.
BUĞA
Maliyyə məsələlərində diqqətli olun. Xərclərinizi nəzərdən keçirin və büdcənizə nəzarət edin. Bundan əlavə, münasibətlərdə harmoniya və tarazlığı qorumaq üçün empatiya qurmağı bacarmalısınız.
ƏKİZLƏR
Sosial çevrənizdə aktiv bir gün keçirə bilərsiniz. Yeni insanlarla tanış olmaq və ya köhnə dostlarla görüşmək fürsəti tapacaqsınız . Ünsiyyətdə açıq və aydın olmaq lazımdır. Əks təqdirdə problem yaşaya bilərsiniz.
XƏRÇƏNG
Karyeranızla bağlı yeni imkanlar yarana bilər. İşdə istedadlarınızı nümayiş etdirmək üçün yaxşı zamandır. Siz həmçinin ev həyatınıza uyğunlaşmaq üçün çevik olmalısınız.
ŞİR
Yaradıcılığınız ön plandadır. Bədii və ya yaradıcı layihələrə diqqət yetirmək üçün enerjili gündür. Bundan əlavə, şəxsi inkişaf və təhsildə irəliləyiş əldə edə bilərsiniz.
QIZ
Gündəlik iş planınızda dəyişiklik etmək istəyə bilərsiniz. Sağlamlıq və qidalanma məsələlərinə diqqət yetirmək üçün əlverişli zamandır. Diqqətli və vasvası olmağınız bu dəfə yüksək qiymətləndiriləcək.
TƏRƏZİ
Romantik münasibətlərdə harmoniya və tarazlıq əldə etmək üçün səy göstərməli ola bilərsiniz. Partnyorunuzla ünsiyyət qurmaq və birlikdə vaxt keçirmək sizi daha xoşbəxt edəcək.
ƏQRƏB
Ev və ailə məsələləri ön planda ola bilər. Evdə görməli olduğunuz işlərə və ya ailə öhdəliklərinə baş qoşmaq üçün əlverişli zamandır. Ünsiyyətdə diqqətli olmaq faydalıdır.
OXATAN
İctimai fəaliyyətlər və qısa səfərlər üçün enerjili gündür. Ünsiyyət bacarıqlarınızdan istifadə edərək ətrafınızla əlaqə saxlamaq asan olacaq. Yeni məlumatlar öyrənmək imkanları ilə qarşılaşa bilərsiniz.
OĞLAQ
Diqqətinizi maliyyə məsələlərinə və uzunmüddətli hədəflərə yönəldə bilərsiniz. Maliyyə durumunuzu nəzərdən keçirmək və gələcək planlarınızı aydınlaşdırmaq üçün əlverişli zamandır.
DOLÇA
Şəxsi məqsədlərinizə çatmaq üçün yüksək motivasiyanız var. Sosial mühitinizlə bağlı yeniliklər və dəyişikliklər etmək istəyə bilərsiniz. Yaradıcı düşünmə qabiliyyətiniz ön planda olacaq.
BALIQLAR
Özünüzü mənəvi və emosional olaraq yenidən qiymətləndirmək fürsətiniz ola bilər. Daxili balansda qalmaq və meditasiya kimi fəaliyyətlər sizin üçün yaxşı olacaq. Səhhətinizə diqqət yetirin, idmanla məşğul olun.
Çağatay