EN

Əli Məsimli seçicilərlə görüşdü

Avqust ayının 12-də 113 saylı Qax-Şəki seçki dairəsindən VII çağırış Milli Məclisin deputatlığına namizəd Əli Məsimli seçkiqabağı təbliğat-təşviqat kompaniyası çərçivəsində Qaxbaş mədəniyyət klubunda və Nizami Gəncəvi adına mədəniyyət evində seçicilərlə görüş keçirib.

 

Viral.az xəbər verir ki, Əli Məsimlinin hər bir görüşündə olduğu kimi, bu görüşlərdə də əvvəlcə Dövlət Himni səsləndirilmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

 

Əli Məsimli çıxışında qeyd etdi ki, Vətən Müharibəsində qazanılmış tarixi qələbədə ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrinin öz payı vardır. Görüş keçirilən ərazilərin etno-demoqrafik xüsusiyyətlərini nəzərə alaraq o, öz çıxışında Azərbaycan Gürcüstan münasibətlərinin bütün sahə və istiqamətlərdə artan xətlə inkişaf etdiyini və hər iki dövlət arasındakı münasibətlərin başqa dövlətlər üçün örnək sayıla bilinəcək məqamlarını qeyd etdi. Qaxın timsalında bu yöndəki səmimi münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi.

Sonra Əli Məsimli Milli Məclisdəki fəaliyyəti ilə bağlı hesabat xarakterli məlumat verdi və seçiciləri yeni platformasının əsas məqamları ilə tanış etdi. Əli Məsimli bildirdi ki, etimad göstərildiyi təqdirdə yenə də islahatçı mövqe sərgiləyəcək və onun parlament fəaliyyətində seçicilərlə görüş zamanı qaldırılan məsələləri Milli Məclis tribunasından səsləndirilməsi prioritet təşkil edəcək.

 

Görüşlərin gedişində Əli Məsimli seçicilərin sual və təkliflərinə münasibət bildirib.

Sonda Əli Məsimli seçiciləri sentyabr ayının 1-də keçiriləcək parlament seçkilərində fəal iştirak eməyə və ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə xidmət etdən islahatlara öz səsləri ilə dəstək olmağa çağırdı.

a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }

Chosen
158
20
viral.az

10Sources