EN

İran nə vaxt hücum edəcək? - İsrail kəşfiyyatı

İsrail kəşfiyyatı hesab edir ki, İran HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrailə birbaşa hücum etmək qərarına gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə "Axios" portalının müxbiri iki mənbəyə istinadən məlumat yayıb. "İsrail kəşfiyyatının yenilənmiş qiymətləndirməsinə görə, İran HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrailə birbaşa hücum etmək qərarına gəlib və bu, avqustun 15-də keçiriləcək girovlarla bağlı danışıqlardan əvvəl baş verə bilər", - məlumatda deyilir.
Chosen
112
24
buta.tv

10Sources