Kürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində “Hyundai” markalı avtomaşın həmin yolda hərəkətdə olarkən idarəetməni itirib.
“Bizim.Media” xəbər verir ki, nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Avtomobildə olan qadın sərnişin müxtəlif dərəcəli xəsarət alıb.
Yaralıya təcili tibbi yardım şöbəsinin əməkdaşları ilkin tibbi yardım göstəriblər.
Hazırda faktla bağlı araşdırma aparılır.