AZ

Qusarda Azərbaycan dilinin tədrisi hansı səviyyədir? - RƏSMİ AÇIQLAMA - FOTO

Azərbaycanın dövlət dili Qusar rayonundakı 85 məktəbin hər birində yüksək səviyyədə tədris olunur.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq, 1 avqust -Azərbaycan Əlifbası və Azərbaycan dili günü ilə bağlı məlumat verən Qusar İH başçısının müavini Elman Mustafayev deyib. Onun sözlərinə görə, rayonda 15-20 il əvvəl yaşanan Azərbaycan dili və ədəbiyyatı müəllimlərinə olan tələbat tam aradan qaldırılıb və indi bu fənn üzrə vakant yer yoxdur.
 

Quba-Xaçmaz Regional Elm və Təhsil idarəsinin Qusar təhsil sektorundan isə sorğumuza cavab olaraq bildirilib ki, rayondakı 85 məktəbdən ikisində - Yeni həyat və Qalacıq kənd məktəblərində tədris sırf rus dilindədir, həmin məktəblərdə Azərbaycan dili dövlət dili kimi saat hesabı ilə tədris olunur.


Qusar təhsil sektorunun baş məsləhətçisi Yüzbəy Abuyev məlumat verib ki, həmin 2 məktəbdə Azərbaycan dili 1-4 cü siniflərdə həftədə 8 saat, 5-8 -ci siniflərdə 12 saat, 9-10-11-ci siniflərdə isə həftədə 6 saat tədris edilir.

“Ümumilikdə, həmin məktəblərdə həftədə 26 saat Azərbaycanın dövlət dili keçilir. Rayonun 7 məktəbində isə tədris həm Azərbaycan və həm də rus dilindədir. Digər 76 məktəbdə tədris Azərbaycan dilindədir” - deyə Yüzbəy Abuyev vurğulayıb.











Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
33
bizim.media

10Mənbələr