Bakı. Trend:
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 12-dəşimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt,Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26°, cənubçimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° olacaq.