EN

Qəzaya uğrayan təyyarə ilə bağlı Braziliyadan açıqlama

Cümə günü günorta saatlarında Braziliyanın ən böyük şəhəri olan San-Paulonun ətrafıdakı Vinhedoda sərnişin təyyarəsi qəzaya uğrayıb.

"Cebheinfo.az" xəbər verir ki, təyyarədən sağ qalan olmayıb.

İlk olaraq 62 olaraq açıqlanan ölənlərin sayı 61-ə yeniləndi.

Sosial şəbəkələrdə yayılan dramatik görüntülər təyyarənin qəzaya uğraması və parçalanmış gövdəsinin yerdə alovlara qərq olması anı göstərir. 

Məlum olub ki, hava limanında səhv qapıda gözlədikləri üçün təyyarəni qaçıran 10 nəfər olub.

Məlumata görə, təyyarədə 57 sərnişin və dörd ekipaj üzvü olub. 

Uçuş izləmə məlumatları göstərir ki, iki mühərrikli turbovintli təyyarə cəmi bir dəqiqə ərzində təxminən 4600 metr aşağı düşüb.

Təyyarənin qəzaya uğramasının səbəbi hələlik məlum deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
90
28
cebheinfo.az

10Sources