EN

"Ölkəmizdə narkomaniyanın yayılmasının əsas səbəbi..." - Qobustanda maarifləndirici tədbir keçrildi + FOTOLAR

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 08 avqust 2024-cü il tarixində Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qobustan rayonunda “Narkomaniya təhlükəsi barədə maarifləndirmə” adlı növbəti tədbirini keçirmişdir.

Tədbir Qobustan rayon Gənclər Evində baş tutub.

Tədbiri giriş sözü ilə açan Qobustan rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Aytən Əhmədova qonaqları salamlayıb və bu kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.

Təşkliatın icraçı drektoru və layihənin rəhbəri Tələt Qəribov narkomaniya haqqında geniş məruzə ilə çıxış edib. O, çıxışında bildirib ki, narkomaniyanın respublikamızda yayılmasının əsas səbəblərindən biri bizi əhatə edən, bizi istəməyən qonşu dövlətlərin məkrli planıdır. Ölkəmizin inkişafını, Qarabağdakı qələbələrimizi həzm edə bilməyən qüvvələr bu yolla gəncliyimizə zərbə vururlar.

Rayon Polis Şöbəsinin əməkdaşı Nicat Əliverdiyev bu sahədə rayonda görülən proflatik tədbirlərdən qanışıb. O, qeyd edib ki, rayonda məktəblilər və gənclər arasında tez-tez antinarkomaniya mövzusunda görüşlər keçirilir.

Rayon Ağsaqqallar Şurasının sədr müavini, qocaman təhsil işçisi Ənvər Qayıbov mövzu ətrafında iştirakçılara öz fikirlərini bildirib.

Tədbir çay süfrəsi ətrafında geniş müzakirələrdən sonra başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
26
2
azpolitika.info

3Sources