AZ

Qobustan rayonunda antinarkomaniya mövzusunda tədbir keçrilmişdir

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 08 avqust 2024-cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə Qobustan rayonunda “Narkomaniya təhlükəsi barədə maarifləndirmə” adlı növbəti tədbirini keçirmişdir.
Tədbir Qobustan rayon Gənclər evində keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Qobustan rayin İH- in məsul əməkdaşı Aytən Əhmədova qonaqları salamladı və bu kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd etdi. Təşkliatın icraçı drektoru və layihənin rəhbəri Tələt Qəribov narkomaniya haqqında geniş məruzə ilə çıxış etdi. O çıxışında qeyd etdi ki, narkomaniyanın respublikamızda yayılmasının əsas səbəvlərindən biri bizi əhatə edən , bizi istəməyən qonşu dövlətləırin məkrli bir planıdır. Ölkəmizin inkişafını, Qarabağdakı qələbələrimizi həzm edə bilməyən qüvvələr bu yolla
gəncliyimizə zərbə vururlar.

Rayon PŞ-in əməkdaşı Nicat Əliverdiyev bu sahədə rayonda görülən proflatik tədbirlərdən qanışdı. O qeyd etdi ki, rayonda məktəblilər və gənclər arasında tez-tez antinarkomaniya mövzusunda görüşlər keçirilir.
Rayon ağsaqqallar şurasının sədr müavini, qocaman təhsil işçisi Ənvər Qayıbov mövzu ətrafında iştirakçılara öz fikirlərini bildirdi.
Tədbir çay süfrəsi ətrafında geniş müzakirələrdən sonra başa çatmışdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
2
turk.az

3Mənbələr