EN

Paris olimpiadasında ikinci yeri tutan Azərbaycan boksçusu mükafatlandırılıb - FOTO

"Paris-2024" Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Alfonso Dominges mükafatlandırılıb. SİA xəbər verir ki, 92 kiloqram çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxan idmançımıza gümüş mükafat təqdim olunub.

Mübarizəyə 1/8 finaldan başlayan Alfonso Dominges ilk görüşündə kubalı Xulio Sezar la Krusa qalib gəlib. Ardınca qazaxıstanlı Aybek Oralbayı üstələyən Paris olimpiadasının bürünc mükafatçısı yarımfinalda İspaniya təmsilçisi Reyes Planı mübarizədən kənarlaşdırıb. Finalda özbəkistanlı Lazizbek Mullojonova uduzan boksçu gümüş medalla kifayətlənib.

Bu Azərbaycan idmançılarının Paris Olimpiadasında qazandığı 5-ci medal olub. Daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
27
5
sia.az

10Sources