EN

MN-in sabiq idarə rəisi həbs edilib

Müdafiə Nazirliyinin (MN) Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov həbs edilib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, E.Məmmədov Hərbi Prokurorluqda davam edən cinayət işi çərcivəsində saxlanılıb.

Hərbi Prokurorluğun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev faktı "Report"a təsdiqləyib.

Chosen
67
17
missiya.az

10Sources