EN

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi – Yenilənib + Video


Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məhkəmənin müvafiq qərarı ilə Elşən Abdullayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs olunub.

***10:06
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə sürücünün DYP əməkdaşlarına tabesizlik göstərməsini əks etdirən kadrlarla bağlı məlumat yayıb.
Yeniavaz.com
xəbər verir ki, qurumun Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir:
“Avqustun 7-də saat 17:30 radələrində paytaxt ərazisində yol-hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlər etməklə insanların həyat və sağlamlığına real təhlükə yaratdığına görə VAZ-2107 markalı avtomobilin sürücüsünə DYP əməkdaşları tərəfindən “Saxla” işarəsi verilib. Lakin avtomobilin sürücüsü buna məhəl qoymayaraq əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən avtoxuliqanlıq hərəkətlərini davam etdirib.
Görülən tədbirlərlə sürücü — 1995-ci il təvəllüdlü Abdullayev Elşən Teyfur oğlu Nəsimi rayonu ərazisində saxlanılıb. O, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərib.
E.Abdullayev barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib”.
Chosen
34
36
yeniavaz.com

10Sources