EN

Rusiya Donetsk vilayətində mağazanı vurub, 11 nəfər ölüb, 37 nəfər yaralanıb - YENİLƏNİB

Rusiya qüvvələrinin Ukraynanın Donetsk vilayətinin Kostyantinivka şəhərində mağazanı vurması nəticəsində ölənlərin sayı 11-ə çatıb.

APA "Ukrinform"a istinadən xəbər ki, bu barədə Ukrayna Baş Prokurorluluğu məlumat yayıb.

Yaralananların sayı 37 nəfərə çatıb.

***

14:50

Rusiya Ukraynanın Donetsk vilayətində Kostyantinivka şəhərində mağazanı vurub, ölənlər və yaralananlar var.

APA xəbər verir ki, bu barədə Donetsk hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin "Telegram" hesabında məlumat verib.

Onun sözlərinə görə, Rusiya qüvvələri Kostyantinivka şəhərində böyük supermarketi artilleriya ilə vurub.

Ən azı 9 nəfər ölüb, 24 nəfərin yaralandığı bildirilir.

Chosen
36
11
apa.az

10Sources