EN

Peşə təhsili almaq üçün müraciət edənlərin sayı artıb

Peşə təhsili müəssisələrinə tələbə qəbulu davam edir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Bakıvaxtı.az-a bildirilib ki, prosesin ilk 10 günü ərzində 21 min 151 nəfərdən 67 min 318 müraciət daxil olub.

Xatırladaq ki, peşə təhsili almaq istəyən şəxslər avqustun 12-dək “portal.edu.az” platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. 2024/2025-ci tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 min 960 plan yeri üzrə aparılır. Bu yerlərdən 23 min 185-i dövlət sifarişli, 7775-i isə ödənişlidir. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır.

Chosen
80
50
bakivaxti.az

10Sources