EN

İsrailin Qəzza zolağına hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 39 699 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində ölənlərin sayı 39 699 nəfərə yüksəlib.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 307 gündür təşkil etdiyi hücumlarla bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun Qəzza zolağında sutka ərzində törətdiyi hücumlar nəticəsində daha 27 fələstinlinin həyatını itirdiyi, 77 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 39 699-a, yaralıların sayının isə 91 722 nəfərə yüksəldiyi qeyd edilib.

 



Chosen
117
10
trt.net.tr

10Sources