EN

”Buğra tələsi” kitabının təqdimatı keçirildi - FOTO

44 günlük haqq savaşımızda müharibə meydanında hünər göstərib adını tarixə yazan Zaur Nizami oğlu İsmayılzadə  Lənkəran rayonu, İstisu  qəsəbəsində dünyaya göz açıb. Bu Vətən sevdalısı  30 il əsir düşən Qarabağın azadlığı naminə ömrünün ən gözəl zamanında, 25 yaşında əbədiyyətə qovuşub.  Vətən, xalq adı dastana düşən qəhrəman oğlunu bağrına  basmaqla bərabər layiq görüldüyü “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Müharibə iştirakçısı”, Füzulinin, Şuşanın azadlığına görə  medalları,   3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni gələn nəsillərə  yadigar qalıb.

  AZTV-nin əməkdaş, hərbi jurnalist  Ötərxan Eltac  şəhid Zaur İsmayılzadənin qəhrəmanlıq yolundan bəhs edən kitab yazıb. Kitab   ''Buğra tələsi'' adlanır. Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində- Azərbaycan Respublikasının  Mədəniyyət Nazirliyi,  Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi və Mirvarid Dilbazi Poeziya   Məclisinin birgə  təşkilatçılığı ilə   kitabının təqdimatı və ölümsüzlüyə qovuşan zəfər şəhidinin  anadan olmasının 29-cu il münasibəti ilə tədbir keçirildi.

Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldar Tomarlı açdı. O, şəhid Zaur İsmayılzadənin qəhrəmanlıq yolundan danışdı. Ardınca  Vətən yolunda  canından keçən  şəhidlərimiz bir dəqiqəlik sükutla anıldı. Dövlət himnimiz oxundu. 

Çıxış edənlər-Lənkəran şəhər İcra başçısının müavini Ülviyyə Əliyeva, kitabın müəllifi Ötərxan Eltac, Əməkdar Mədəniyyət işçisi, aşıq Solmaz Kosayeva, Brilyant Atəş, Mübariz Süleymanlı, Rafiq Abbasov  və neçə-neçə söz sahibi bizi  birliyimizə, bütövlüyümüzə qovuşduran qəhrəman oğulların şücaətindən, dövlətin şəhid ailələrinə diqqət və qayğısından danışdılar.

Daha sonra  Zaur İsmayılzadədən bəhs edən video-çarx nümayiş olundu.

Güllü Eldar Tomarlı sonda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Lənkəran Şəhər İcra Hakimiyyətinə və bütün tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Tədbir başa çatdıqdan sonra şəhid Zaur İsmayılzadənin   məzarı ziyarət olundu və önünə təzə-tər gül dəstələri qoyuldu .

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
2
hurriyyet.az

5Sources