EN

Həsrət Cəfərovun "bürünc" uğrunda güləşəcəyi rəqib bilindi

Paris-2024 Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarına bu gün yekun vurulacaq. Sport24.az xəbər verir ki, 67kq. mübarizə aparan Həsrət Cəfərov Olimpiadada son görüşünə çıxacaq.
 
O, bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq. Dünya çempionatlarının gümüş və bürünc mükafatçısı qırğızıstanlı Amantur İsmayılovla üz-üzə gələcək. 
 
Qeyd edək ki, yunan-Roma güləşi millimiz Fransa paytaxtına 5 idmançı ilə yollanıb. Onlardan dördü çıxışını medalsız başa vurub.

Chosen
46
1
sport24.az

7Sources