Bakı. Trend:
Paris-2024 Yay Olimpiya Oyunlarının yunan-Roma güləşiyarışlarına bu gün yekun vurulacaq.
Trend İdman.biz-əistinadən xəbər verir ki, son iki çəkidə mükafatçılar bəlliolacaq.
Azərbaycan yığmasının bir güləşçisi xalçaya çıxacaq. Bu,“klassiklər”imizin Parisdə medal hesabını açmaq üçün axrıncı şansolacaq.
Yunan-Roma güləşi
67 kq
Həsrət Cəfərov Olimpiadada son görüşünə çıxacaq. O, bürünc medaluğrunda qarşılaşmada qüvvəsini sınayacaq. Dünya çempionatlarınıngümüş və bürünc mükafatçısının rəqibi bugünkü təsəllivericigörüşlərdə bəlli olacaq.
Qeyd edək ki, yunan-Roma güləşi millimiz Fransa paytaxtına 5idmançı ilə yollanıb. Onlardan dördü çıxışını medalsız başavurub.