EN

“Hizbullah” İrandan asılı olmayaraq İsraili vura bilər - CNN

"Hizbullah” İranın planlarından asılı olmayaraq İsraili vura bilər və hücumun yaxın günlərdə baş tutması mümkündür.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Mənbələrdən biri bildirib ki, Livanda yerləşən qruplaşma öz planlarında İrandan daha sürətli hərəkət edir və tezliklə hücuma keçəcəyini gözləyir. Eyni zamanda, Tehran çox güman ki, hələ də öz cavab tədbirlərini müəyyənləşdirir. 

"İran ABŞ-ın İsrailə qarşı böyük hücumdan əvvəl gözlədiyi hazırlıqların hamısını olmasa da, bəzilərini görüb”, - adının açıqlanmasını istəməyən ABŞ hərbi rəsmisi deyib.

Başqa bir mənbə vurğulayıb ki, Livanın İsraillə yaxınlığı səbəbindən "Hizbullah” İrandan fərqli olaraq xəbərdarlıqsız hərəkət edə bilər.

Onun sözlərinə görə, İran və "Hizbullah”ın öz hərəkətlərini necə əlaqələndirdiyi aydın deyil. Rəsmilər hesab edir ki, onların növbəti addımlara yanaşmaları tamamilə uyğun gəlməyə bilər.

"Hizbullah” və İranın İsrailə qarşı mümkün hücumları Livanda "Hizbullah”ın ali hərbi komandiri Fuad Şükr və Tehranda HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq qiymətləndirilir. İsrail bu hadisələrdə iştirakını nə təsdiq, nə də təkzib edir. 

Nizami Bağırov
Chosen
68
50
qaynarinfo.az

10Sources