EN

Polis bu qızı axtarır

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Zeynəb Şərifova iyulun 27-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

TEMPİNFO xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edilib ki, onun boyu 155 sm, arıq bədən quruluşlu, saçları uzun qara rəngli, gözləri qəhvəyidir.

“Zeynəb Şərifovanın harada olması barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti -Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinə, o cümlədən 14-cü Polis Şöbəsinə (012)455-02-02 şəhər və 055- 805-93-93 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, – məlumatda deyilir.

Chosen
3
10
tempinfo.az

10Sources