EN

Ağstafada 2 yaşlı körpə qıcolmadan dünyasını dəyişdi

Ağstafada azyaşlı qıcolmadan dünyasını dəyişib.

Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, rayonun Qırılı kənd sakini 2022-cü il təvəllüdlü Gülxar İsmayılzadə qıcolma diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin müayinəsi zamanı G.İsmayılzadənin öldüyü məlum olub.

Məlumata görə, azyaşlı qıcolma xəstəliyindən əziyyət çəkirmiş. Ölüm hadisəsi ilə bağlı araşdırma aparılır.
Chosen
54
13
bakupost.az

10Sources