Rusiyalı hərbi müxbir Yevgeni Poddubnının Kursk vilayətində həlak olması ilə bağlı məlumat təkzib olunub. SİA xəbər verir ki, bu barədə jurnalistin çalışdığı VQTRK (Rossiya) kanalı məlumat yayıb. Hazırda Poddubnının yaralı vəziyyətdə Kursk vilayət xəstəxanasında olduğu bildirilib.