EN

Putin Şoyqudan İran və Azərbaycana səfərlərinin nəticələri barədə məlumat verməsini istəyib

Rusiya Prezidenti Vladimir Putin avqustun 7-də keçirdiyi müşavirədə Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqudan İran və Azərbaycana səfərlərinin nəticələri barədə məlumat verməsini istəyib.

Bu barədə TASS məlumat yayıb.

"Sonra Sergey Kujuqetoviç İran və Azərbaycana səfərinin nəticələri barədə danışacaq", - Putin hüquq-mühafizə orqanları, Müdafiə Nazirliyi, Baş Qərargah və Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbərləri ilə keçirdiyi müşavirəni açarkən bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib.

S.Şoyqu Azərbaycana səfərdən əvvəl İranda olub.

"Cebheinfo.az"

Chosen
53
14
cebheinfo.az

10Sources