EN

Türkiyə UAD-a İsrailə qarşı bəyanatını təqdim etdi

Türkiyə Beynəlxalq Ədalət Məhkəməsində (UAD) İsrailə qarşı soyqırım işində iştirakına dair bəyanatını təqdim edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyənin Haaqadakı səfiri Səlcuq Ünal və Türkiyə Böyük Millət Məclisi (TBMM) deputatlarından ibarət nümayəndə heyəti 7 avqustda Türkiyənin iştirak bəyannaməsini UAD Katibliyinə verdi. Beləliklə, Türkiyə Nikaraqua, Kolumbiya, Liviya, Meksika, Fələstin və İspaniyadan sonra Cənubi Afrika və İsrail arasında soyqırım işində iştirakını Beynəlxalq Ədalət Məhkəməsində bəyan edən 7-ci ölkə oldu.

Türkiyə parlamentinin sədri Numan Kurtulmuş mövzu ilə bağlı açıqlamasında deyib: "Soyqırıma görə İsrailin baş naziri Benyamin Netanyahu və dəstəsinin törətdiyi cinayətlərin beynəlxalq məhkəmələrdə mühakimə olunması və onların layiq olduqları ən ağır cəzanı almaları üçün işimizi davam etdirəcəyik”.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada yazılır: "Müdaxilə qərarımız ölkəmizin Fələstin məsələsinin hüquq və ədalət çərçivəsində həllinə verdiyi əhəmiyyətin bir əksidir. Bəşəriyyətin vicdanı və beynəlxalq hüquq İsrail rəsmilərinin məsuliyyətə cəlb olunmasını təmin edəcək.”

Məsələ ilə bağlı sosial media hesabından açıqlama verən Türkiyənin Xarici işlər naziri Hakan Fidan bildirib: "Cinayətlərinin cəzasız qalmasından ruhlanan İsrail hər gün daha çox günahsız fələstinlini qətlə yetirir. Beynəlxalq ictimaiyyət buna görə üzərinə düşən öhdəliyi yerinə yetirməli, soyqırımı dayandırmaq üçün İsrail və tərəfdarlarına lazımi təzyiqi göstərməlidir. Türkiyə bu yolda əlindən gələni edəcək."

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü və sədr müavini Ömər Çelik də belə deyib: "Bu müraciət bütün bəşəriyyət adına və insani dəyərləri barbarlığa qarşı müdafiə etmək üçündür. Müasir nasistlərin vəhşiliyinə qarşı insanlıq adına atılan güclü bir addımdır”.

Chosen
70
1
sia.az

10Sources