EN

Nəticələr açıqlandı: 5 minə yaxın şəxs pulsuz təhsil alacaq

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub. TehsilForumu.Az xəbər verir ki , bu barədə Modern.az-a DİM-dən məlumat verilib. Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada – portal.edu.az platforması vasitəsilə aparılacaq. Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib. Abituriyentlər müsabiqə nəticələri ilə buradan tanış ola bilərlər. Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur: Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanabituriyentlərin sayı haqqında ümumi məlumatTəhsil formasıQəbul planıQəbul olunubQəbulolma  Azərbaycan bölməsiRusbölməsiBölmələr üzrə cəmifaiziDövlət ödənişsiz45724317182449998.40Dövlət ödənişli59585510166567695.27Özəl40037525400100.00Cəmi10930102023731057596.75Xüsusi qabiliyyət tələb edən və etməyən ixtisaslar üzrə qəbul olunanabituriyentlərin sayı haqqında məlumatTəhsil formasıQəbul planıQəbul olunubQəbulolma  Azərbaycan bölməsiRusbölməsiBölmələr üzrə cəmifaiziXüsusi qabiliyyət tələb etməyən ixtisaslar93338998291928999.53Xüsusi qabiliyyət tələb edən ixtisaslar1597120482128680.53Cəmi10930102023731057596.75Abituriyentlər 2024-cü il 12 – 20 avqust tarixlərində elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, //portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

Chosen
70
7
tehsilforumu.az

10Sources