EN

Sevgilisindən ayrılan 24 yaşlı gənc qoca kişiyə çevrildi

Sevgilisindən ayrılıqdan sonra həyatının son 5 ayını dağlarda keçirən 24 yaşlı çinli indi yaşından iki dəfə çox görünür. Bütün dünyada viral olan bu oğlana insanlar “əmi” deyə müraciət edirdilər.
 

Sfera.az bildirir ki, nadir bir genetik xəstəliyə görə deyil, sadəcə olaraq depressiyadan qurtulmaq üçün dağlara çəkilən oğlan "sürətlə qocalmağa" başladığını deyib. Dağdakı ünsürlərə məruz qaldığı üçün özündən iki dəfə böyük görünən gənc 24 yaşında olduğunu sübut etmək üçün şəxsiyyət vəsiqəsini kameraya göstərib. Video sosial mediada yayıldıqdan sonra həmin şəxs bütün dünyada məşhurlaşıb.

Qinghai-Tibet yaylasında gəzintilərin zehni təmizləməyə kömək edə biləcəyini eşidən oğlan əşyalarını yığaraq, kiçik bir arabaya yükləyib və dərviş həyat tərzi sürməyə başlayıb. O, axtardığı aydınlığı tapsa da, beş aylıq təcrübə onu yaşından xeyli yaşlı göstərib.


24 yaşlı gənc vaxtından əvvəl keçəlləşməsinin səbəbi uzun müddət birbaşa günəş işığına məruz qalması olub. Saç köklərini zədələnməsinə gətirib çıxarıb. Üz dərisi də əvvəlki fotolarından çox daha yaşlı görünür. Uzatmağa qərar verdiyi saqqaları da onun xarici görünüşündəki dəyişikliyi vurğulayır.



"Mən onlara şəxsiyyət vəsiqəmi göstərdim və 2000-ci ildən sonra doğulduğumu dedim, lakin bəzi insanlar hələ də mənə inanmadılar. Bir müddət sonra bəzi insanların mənim 24 yaşlı biri olduğuma inanmaması ilə barışdım” - deyə gənc "əmi" bildirir.


Hər kəsin diqqətini cəlb edən 24 yaşlı gənc heç nəyi dəyişmək fikrində olmadığını və hər şeydən razı olduğunu bildirib.
 

Aynil

Sfera.az

Chosen
138
16
sfera.az

10Sources