AZ

Tramp, yoxsa Harris: Hansı daha ideal namizəddir?

"Hazırda Donald Trampla Kamala Harris arasında çox gərgin mübarizə gedir".

Bu sözləri politoloq Turab Rzayev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, Donald Tramp faktiki olaraq Co Baydenə qarşı üstünlüyü ələ almışdı:

"Üstəlik, Tramp debatda da üstünlüyünü ortaya qoydu. Trampa qarşı olunan sui-qəsd isə onun yenidən prezident seçilmək şanslarını daha da artırdı. Ancaq Co Baydenin geri çəkilməsi, Kamala Harrisin namizədliyinin önə sürülməsi Donald Trampın şanslarını müəyyən qədər azaltdı. Artıq Harrisin də prezident seçilmək şansları var".

355464

Ekspert hesab edir ki, Demokratlar Partiyası Trampla Baydenin debatının tarixini bilərək önə çəkdi:

"Onlar, bu addımı ataraq Baydenin namizədliyini geri çəkməyi hesablamışdılar. Çünki Bayden namizəd olacağı təqdirdə mütləq Trampa məğlub olacaqdı. Ona görə də belə həmlə edərək Harrisin namizədliyini irəli sürdülər".

Turab Rzayev hansı namizədin Azərbaycan üçün daha yaxşı olacağı barədə də danışıb:

"Düşünürəm ki, Azərbaycan üçün Respublikaçılar Partiyasının hakimiyyətdə olması daha arzuolunandır. Çünki Respublikaçılar neft və hərbi-sənaye kompleksinə yaxındırlar. Azərbaycan həm neft ölkəsidir, həm də NATO-nun proqramlarında iştirak edir. Yəni Donald Trampın ABŞ Prezidenti seçilməsi Azərbaycanın xarici siyasətinə daha çox uyğun gələcək. Kamala Harris isə seçiləcəyi təqdirdə Ermənistanı dəstəkləyərək, ölkəmiz əleyhinə mövqe tuta bilər".

Pərviz

Seçilən
184
50
hit.az

10Mənbələr