EN

Goranboyda 3 qəzada 6 nəfər xəsarət aldı

Goranboy rayonunda bir gün ərzində 3 yol-nəqliyyat hadisəsi olub, qəzalarda 6 nəfər xəsarət alıb.

"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində avtomobilin maneəyə çırpılması nəticəsində, 1999-cu il təvəllüdlü G.Orucova xəsarət alıb.

Digər yol-nəqliyyat hadisəsi isə Ağcakənd kəndində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində, 1990-cı il təvəllüdlü F.Əliyev, 1978-ci il təvəllüdlü E.Məmmədov və 10 yaşlı E.Məmmədov xəsarət alıb.

Rayonun Borsunlu kəndində də yol-nəqliyyat hadisəsi qeydə alınıb. Belə ki, su daşıyan "ZİL" markalı yük avtomobili sement daşıyan yük maşını ilə toqquşub. Qəza nəticəsində su daşıyan maşın zərbənin gücündən aşıb. Hadisə zamanı "ZİL"-in sürücüsü, 1967-ci il təvəllüdlü M.Babayev, habelə digər yük maşının da sürücüsü xəsarət alıb.

Qəzalarda xəsarət alanlardan 5 nəfəri xəstəxanaya çatdırılıb, bir nəfərə, sement daşıyan yüş maşının sürücüsünə isə hadisə yerində ambulator yardım göstərilib.

Faktlarla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
78
8
olke.az

7Sources